
Tuxel 2 futbolçunu İngiltərə millisinə qaytara bilər
Tomas Tuxel İngiltərə millisinin yeni baş məşqçisi oldu. Almaniyalı çalışdırıcı 2025-ci ilin əvvəlində işə başlayacaq.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Tuxel iki futbolçunu milliyə qaytara bilər. Söhbət müdafiəçi Erik Dayer və vinger Rahim Sterlinqdən gedir.
Dayer “Bayern”də çıxış edir. O, sonuncu dəfə 2023-cü ilin martında İngiltərə yığmasına çağırılıb.
“Arsenal”ın yarımmüdafiəçisi Sterlinq də öz növbəsində 2022-ci il dünya çempionatından sonra milli komandanın düşərgəsinə qatılmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin