Tuxeldən Noyerlə bağlı açıqlama
“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya millisində əsas qapıçının kim olması mövzusunda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Mən Manuel Noyer haqqında bir şey demək istərdim. İnanıram ki, o, həmin vaxta qədər sağlam qalsa və indiki psixoloji vəziyyətdə bütün məsələləri həll etsə, may və ya iyun ayında bu məsələ öz həllini tapacaq. Sonra o, əvvəlki gücünə qayıdacaq və qapıçı kimi özünü formalaşdırmağa davam edəcək”.
37 yaşlı futbolçu 2022-ci ilin dekabrında tətildə xizək sürərkən ayağını sındırıb və 2022/2023 mövsümünün qalan hissəsi, həmçinin 2023/2024 mövsümünün başlanğıcını buraxıb. Bu mövsüm sağaldıqdan sonra qolkiper 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin