Tuxel Neymar haqda: “Bu məsələ tez bir zamanda həll olunmalıdır”
Fransa Liqa 1-in 3-cü turu çərçivəsində öz meydanında “Tuluza”ya 4:0 hesabı ilə qalib gələn PSJ-nin baş məşqçisi Tomas Tuxel matçdan sonra Neymarla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, adı uzun müddətdir “Barselona” və “Real”la yanaşı çəkilən, çempionatın geridə qalan 3 turunda iştirak etməyən braziliyalı futbolçu haqqında danışan mütəxəssis, bunları deyib:
“Klubun idman direktoru Leonardo Neymarı komandada saxlamaq istədiyimi çox yaxşı bilir. Hazırkı vəziyyət qeyri-müəyyəndir və bu məsələ tez bir zamanda həll olunmalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin