Tuxel: “Qeydə alınan nəticə faciəli deyil”

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Mançester Siti” ilə yoldaşlıq matçı barədə (1:2) fikirlərini bölüşüb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, oyunun yaxşı keçdiyini dilə gətirib:

“İngiltərə klubu ilə görüşdə komandamdan razı qaldım. Yaponiyaya yeni gəlmişik. Bu səbəbdən də, çox az məşq etmişdik. Qeydə alınan nəticə faciəli deyil. Əlbəttə, qol imkanlarımız oldu.

Küncdən zərbələrdən də istifadə etdik. Fasilədən sonra çoxlu əvəzləmələr etdim, gənc futbolçulara şans verdim. Hesabı bərabərləşdirdik, lakin qoruyub saxlaya bilmədik.

Oyun yaxşı keçdi. Komanda olaraq irəliləmək və qələbələr qazanmaq istəyirik. Bunun üçün çoxlu məşqlər edəcəyik”.

Münhen klubu növbəti yoldaşlıq görüşünü iyulun 29-da Yaponiya “Kavasaki”sinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button