Tuxel “Mançester Yunayted”i çalışdırmaq istəyir
“Bayern”in baş məşqçisi Tomas Tuxel “Mançester Yunayted”i çalışdırmaq istəyir.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “qırmızı şeytanlar”ın maliyyə imkanlarını, klubun ənənələrini bəyənir. Lakin o, yalnız fasilədən sonra İngiltərəyə qayıtmaq variantını nəzərdən keçirir.
Çərşənbə günü “Bayern” Tuxelin mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb. Münhenlilər son matçlarında ardıcıl 3 məğlubiyyət alıb: “Bayer” (Lelverkuzen) (0:3), “Latsio” (0:1) və “Bohum”a (2:3) uduzub.
Tuxel 2023-cü ilin martında “Bayern”in başına keçib. O, əvvəllər “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı və “Maynts” komandalarını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin