Tuxelin 2 variantı var
“Bayern”in baş məşqçisi Tomas Tuxel yaxın karyera planları ilə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin Münhen klubunun baş məşqçi postunu tərk edəcəyi gözlənilir. Tuxel iki variantı nəzərdən keçirir. O, karyerasına fasilə verə və ya İngiltərə Premyer Liqasının klublarından birində işləyə bilər. 50 yaşlı mütəxəssis əvvəllər “Çelsi”də çalışıb və komanda həmin vaxt Çempionlar Liqasında qələbəyə nail olub.
Tuxelin “Bayern”lə hazırkı müqaviləsi gələn ilin ortalarına qədərdir. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verə bilərlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin