Tuxel ingiltərəli futbolçunu “Bayern”ə keçməyə razı salıb
“Bayern” “Mançester Siti”nin müdafiəçisi Kayl Uolkeri transfer etməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel ingiltərəli futbolçunu Almaniya klubuna keçməklə bağlı razı salıb. Hazırda klublar məsələ ilə bağlı ortaq qərar verməyib.
İngiltərə millisinin üzvü 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. O, 2017-ci ildən Mançester təmsilçisinin formasını geyinir.
Xatırladaq ki, öncədən “Bayern”in yayda transfer etmək istədiyi futbolçuların kimliyi haqda xəbər vermişdik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin