Tuxel hansı suala cavab verməkdən boyun qaçırdı?
“Bayern”in baş məşqçisi Tomas Tuxel “Tottenhem”dən hücumçu Harri Keynin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tuxel, mətbuat konfransında ona Keynlə bağlı ünvanlanan sualı cavablandırmaq istəməyib:
“Keyn? Gəlin bu sualı atlayaq və növbəti suala keçək. Mən buna cavab verməyəcəm”.
Bildirilir ki, London klubu Keyn üçün ən azı 120 milyon almaq niyyətindədir.
Keyn “Tottenhem”in yetirməsidir. O, 2022/23 mövsümündə bütün yarışlarda 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin