
“Tuxel İngiltərə millisini ruhlandıra bilər” – Keçmiş futbolçu
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand almaniyalı mütəxəssis Tomas Tuxelin İngiltərə millisinə mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə cavab verib.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçuya görə, oyunçular onunla işləməyi sevəcəklər:
“Oyunçular onunla işləməyi sevəcəklər. Tuxel İngiltərə millisini ruhlandıra bilər. Düşünürəm ki, o, təyinatdan sonrakı ilk gündə futbolçulara kubokları necə qazanmağı planlaşdırdığını deyəcək”.
İngiltərə yığması 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatında 2-ci yeri tutub. Turnir başa çatdıqdan sonra Qaret Sautqeyt komandanın baş məşqçi postunu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin