Tuxel “Bayern”dən milyoner kimi ayrılacaq
“Bayern”in baş məşqçisi Tomas Tuxel klubdan ayrıldıqdan sonra 10 milyon avrodan çox alacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Bayern&Germany” məlumat yayıb.
Münhenlilər alman mütəxəssislə müqaviləyə xitam verdiyi üçün Tuxelin növbəti klubu “Bayern”ə təzminat ödəməyəcək.
Tuxel 2023-cü ilin martından “Bayern”ə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 37 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 16 dəfə məğlub olub. Tuxel 30 iyunda – müqaviləsi başa çatdıqdan sonra Münhen klubunu tərk edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin