Tuxel “Bayern”də qalacaq?
“Bayern”in baş məşqçisi Tomas Tuxel klubda qala bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klubun direktorları Maks Eberllə Kristof Freund Tuxelin komandanın “sükanı arxasında” saxlanmasını dəstəkləyir və bu məsələ ilə bağlı baş məşqçi ilə danışıqlar aparırlar.
Tuxelin “Bayern”də fəaliyyətini davam etdirməyə hazır olduğu bildirilir. Onun üçün əsas şərt klub rəhbərliyinin hərtərəfli dəstəyidir.
Münhen komandası Almaniya Bundesliqasının cari mövsümündə 33 turdan sonra 72 xalla 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin