Tuxel “Bayern”də qalmaq ehtimalından danışdı

“Bayern”in baş məşqçisi Tomas Tuxel klubda işini davam etdirməsi ehtimalı haqda danışıb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, hələlik heç nəyin dəyişmədiyini bildirib:

“Mənim klubla müqaviləm var, amma biz müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı razılığa gəldik. Əlbəttə ki, hər şey mümkündür, lakin hələ heç nə dəyişməyib”.

Daha əvvəl bildirilmişdi ki, almaniyalı mütəxəssis cari mövsümün sonunda Münhen klubundan ayrılacaq.

“Bayern” 31 turdan sonra Almaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button