“Tuxel artıq heç nə edə bilmir” – Keçmiş futbolçu
“Bayern”in sabiq futbolçusu Lotar Matteus münhenlilərin “Haydenhaym”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra komandanın baş məşqçisi Tomas Tuxel haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin komandanın performansını yaxşılaşdıra bilməyəcəyini və yaxın vaxtlarda klubu tərk etməli olduğunu düşünür:
“Borussiya” ilə uğursuzluq və bu məğlubiyyət öz sözünü deyir. Tuxel artıq komandanın performansını yaxşılaşdıra bilməz. Düşünürəm ki, klub yaxın günlərdə müəyyən addımlar atmalıdır. Tuxel artıq heç nə edə bilmir”.
“Bayern” Almaniya çempionatının turnir cədvəlində lider “Bayer”dən 16 xal geri qalaraq, ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin