“Mən işdən çıxarılmağımla bağlı müzakirələrdə iştirak etməyəcəm” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Bayer”in çalışdırıcısı Xabi Alonsonun növbəti mövsümdə də Leverkuzen klubunda qalmaq qərarı ilə bağlı nə fikirləşdiyi haqda suala cavab verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu qərar haqda fikir bildirəcək düzgün adam olmadığını bildirib:

“Bu suala cavab vermək üçün düzgün adam olduğuma əmin deyiləm. Bu, Alonsonun qərarıdır. Bunu qəbul edən də odur və mən bu məsələ ilə bağlı fikrimi deyə bilmərəm. Növbəti sualı verin, mən işdən çıxarılmağımla bağlı müzakirələrdə iştirak etməyəcəm”.

Tuxel daha əvvəl cari mövsümün sonunda “Bayern”dən ayrılacağını bildirib. Bundan sonra mətbuatda Alonsonun Münhen klubunda almaniyalı mütəxəssisi əvəzləyəcək ilk seçim olduğu haqda məlumatlar yayılmağa başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button