Turun ən yaxşısı “Qarabağ”lı oldu
Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 24-cü turunun ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydadır. Azərbaycan millisinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.
“Qarabağ” “Sabah”ı 3:0 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin