Turun bütün oyunları təxirə salındı – Koronavirusa görə

Futbol üzrə İsveçrə çempionatında 24-cü turun bütün oyunları təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu həftəsonu keçirilməli olan turun bütün qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə salınıb. Buna ölkədə koronavirus təhlükəsinin artması səbəb göstərilir.

Qeyd edək ki, İsveçrədə azı 15 nəfərdə koronavirus aşkarlanıb. Bu üzdən də xəstəliyin daha böyük miqyasda yayılmasının qarşısını almaq məqsədilə, ölkədə bütün kütləvi tədbirlərə martın 15-nə qədər qadağa qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button