“Turniri belə bitirməməliydik” – Vüqar Məmməd
Avropa çempionatının elit-raund mərhələsində bu gün Rumıniya yığması ilə keçirilmiş oyundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd açıqlama verib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Komanda psixoloji cəhətdən çox yorğun idi. Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Belə demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin