“…xoşbəxtəm” – Kovaç

Almaniya Bundesliqasının son turunda “Maynts”a 6:0 hesabı ilə qalib gələn “Bavariya”nın baş məşqçisi Niko Kovaç açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, yenidən turnir cədvəlinin ilk pilləsində qərarlaşdıqları üçün xoşbəxt olduğunu deyib:

“Oyuna çox yaxşı başladıq. Çempionlar Liqasında yaşadığımız məyusluqdan sonra bu, çox əhəmiyyətli idi. Təkcə son nəticə deyil, göstərdiyimiz oyun da olduqca yaxşı idi.

Futbolçuları təbrik edirəm. Turnir cədvəlinin ilk pilləsində olduğumuz üçün xoşbəxtəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button