Türkiyəyə 1,5 milyon avroluq dəstək
PSJ klubunun prezidenti Nasser Əl-Xələfi Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunan “Omuz-Omuza”( “Çiyin-Çiyinə”) kampaniyasına qoşulub.
Komanda.az xəbər verir ki, qətərli iş adamı kampaniyaya üç istiqamətdə yardım ayırıb.
O, PSJ-nin direktoru və “Digitürk” şirkətinin sahibi kimi 1 milyon avro ödəniş edib. Əl-Xələfi idarə heyətində yer aldığı Avropa Klublar Birliyinin adından da zəlzələ qurbanlarına dəstək olub. Bu məbləğ 500 min avro təşkil edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin