Norveç millisinin üzvü “Trabzonspor”da

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kristal Pelas”dan Aleksander Sörlotu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu növbəti 2 ili icarə əsasında “Trabzonspor”da keçirəcək.

Müqavilə ilə “Kristal Pelas”a məxsus olan Sörlot, son mövsümün ikinci yarısını icarə əsasında Belçikanın “Gent” klubunda keçirib.

Hücumçu, 19 dəfə formasını geyindiyi Norveç millisində 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button