Türkiyə klubu Marek Hamşiklə razılaşdı
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi slovakiyalı futbolçu Marek Hamşiklə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanacaq.
Hamşik daha əvvəl İtaliyada “Breşiya”, “Napoli”, Çində “Dalyan İfan” klubunda çıxış edib. Slovakiya milli komandasının üzvü olan yarımmüdafiəçinin son klubu İsveç “Göteborq”u olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin