“Trabzonspor” milli üzvüylə vidalaşdı
Türkiyənin “Trabzonspor” klubu futbolçusu Oqenyi Onazi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Nigeriya millisinin də üzvü olan Onazi, 2016-cı ildən “Trabzonspor”da forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin