Fransanın 2 klubu “Qalatasaray”ın hücumçusu ilə maraqlanır
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kərəm Aktürkoğlu karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Lion” və “Nant” klubları yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, hər iki klubun nümayəndələrinin Kərəmi yaxından izlədiyi bildirilib.
“Qalatasaray”la müqaviləsi 2024-cü ilin yayına qədər olan hücumçu, bu mövsüm 17 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin