“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Qalatasaray” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, adı açıqlanmayan bir futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

“Qalatasaray”da virusa yoluxan futbolçunun kimliyi artıq məlumdur. Bu, 22 yaşlı hücumçu Kerem Aktürkoğludur.

Aktürkoğlu bu mövsüm Super Liqada 3 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button