“Qalatasaray” “Fənərbaxça”nın keçmiş futbolçusunu istəyir
Türkiyənin “Qalatasaray” klubu “Kayserispor”un müdafiəçisi Ramazan Civeleklə maraqlanır.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı müdafiəçini qışda heyətinə qatmaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Qalatasaray”ın baş məşqçisi Fatih Terim də Ramazanın heyətə cəlb olunmasına razılıq verib.
“Fənərbaxça”nın yetirməsi olan müdafiəçi 2011-2019-cu illərdə bu klubda çıxış edib. O, bu ilin yanvarından “Kayserispor”dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin