“Qalatasaray” İngiltərə klubunun hücumçusu ilə gücləndi

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Brentford” klubundan Halil Dərvişoğlunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu 2022-ci ilin yayına qədər “Qalatasaray”da çıxış edəcək.

Dərvişoğlu bu ilin yanvarından iyununa qədər də “Qalatasaray”da icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button