
“Qalatasaray”da 2 yeni müqavilə
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yunus Akgünün müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Qalatasaray”ın yetirməsi olan Yunus, bu mövsüm Super Liqada 1 oyuna çıxıb.
“Qalatasaray” akademiyanın üzvü olan 16 yaşlı futbolçusu Emin Bayramla da 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin