Türkiyənin məğlubiyyəti, Ronaldonun öpüşü – FOTO
Portuqaliya millisi iyunun 22-də Türkiyəni 3:0 hesabı ilə məğlub edib. Bu nəticə sayəsində Roberto Martinesin komandası AÇ-2024-də F qrupunda birinci yeri təmin edib. Növbəti mərhələ baxımından Gürcüstanla qrup oyunu portuqallar üçün heç nəyi həll etməyəcək.
Komanda.az xəbər verir ki, Türkiyə ilə oyundan sonra Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez sosial şəbəkədə bir neçə foto yayımlayıb. Şəkillərin birində 39 yaşlı futbolçu qızın yanağından öpür.
“Biz 1/8-dəyik”, – Corcina fotoşəkillərə başlıq yazıb.
Türkiyə ilə matçda Ronaldo Bruno Fernandesə məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin