Türkiyə millisinin üzvü rəsmən Fransa klubunda
Türkiyənin “Kayserispor” klubunun futbolçusu Doğan Alemdar karyerasını Fransada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 18 yaşlı qapıçı “Renn” klubu ilə razılaşıb. Bu barədə “Kayserispor” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Doğanın transferi üçün “Renn”lə razılıq əldə edildiyi bildirilib.
Liqa 1 klubu Alemdar üçün “Kayserispor”a 3,5 milyon avro ödəyəcək. Türk futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Doğan Alemdar Türkiyənin U-21 yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin