“Mançester Yunayted”in sabiq hücumçusu Super Liqa klubunda

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son klubu “Stok Siti” olan Mame Biram Diufu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçuyla 1+1 şərtiylə müqavilə imzalanıb.

Diuf karyerası ərzində “Molde”, “Mançester Yunayted”, “Stok Siti” və “Hannover” kimi klublarda çıxış edib.

Seneqal yığmasında 47 oyuna çıxan hücumçu 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button