“Fənərbaxça”dan SOCAR-la bağlı açıqlama
Türkiyənin “Fənərbaxça” klubu SOCAR şirkətiylə əməkdaşlıq edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada, SOCAR-la əməkdaşlıqla bağlı olan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Türkiyə mətbuatı SOCAR-ın “Fənərbaxça” ilə 15 il müddətinə ad sponsorluğunda əməkdaşlıq edəcəyini iddia edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin