“Fənərbaxça” “Barselona”da çıxış edən hücumçu üçün təklif göndərəcək
Türkiyənin “Fənərbaxça” klubu qışda heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Barselona”da çıxış edən Luk de Yonqu heyətinə qatmaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Fənərbaxça” müqavilə ilə “Sevilya”ya məxsus olan, icarə əsasında “Barselona”da çıxış edən niderlandlı hücumçu üçün qışda “Sevilya”ya təklif göndərəcək. Luk de Yonq “Fənərbaxça”ya keçməyə müsbət yanaşır.
31 yaşlı hücumçu “Barselona” ilə 11 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin