“Fənərbaxça”nı Antalya klubuna dəyişdi
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Sinan Gümüşlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə müqaviləyə xitam verilib.
Sinan Gümüş karyerasını “Antalyaspor”da davam etdirəcək. O, yeni klubu ilə 2,5 illik sözləşmə imzalayıb.
28 yaşlı futbolçu “Fənərbaxça” ilə ümumilikdə 20 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin