“Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya
Türkiyənin “Fənərbaxça” klubundan FİFA-ya şikayət ola bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Niderlandın NEK klubu “bülbüllər”dən FİFA-ya şikayət etməyə hazırlaşır. Buna səbəb “Fənərbaxça”nın Neymegen təmsilçisindən transfer etdiyi Fərdi Kadıoğlu üçün ödəniləcək məbləğin hamısını niderlandlıların hesabına keçirməməsidir. Hazırda maliyyə problemləri yaşayan NEK “Fənərbaxça”nın pulu ödəməsini gözləyir, əks təqdirdə Türkiyə təmsilçisindən FİFA-ya şikayət ediləcək.
2018-ci ilin iyulunda 1,4 milyon avro qarşılığında “Fənərbaxça”ya keçən Fərdi, bu mövsüm 8 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin