Əhməd Musa Türkiyə klubunda – rəsmi
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı hücumçu Əhməd Musanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musa ilə 2 illik müqavilə imzalanıb.
Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində “Kano Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester” klublarında çıxış edib. Musanın son ünvanı Nigeriyanın “Kano Pillar” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin