Namik Ələskərov üçün yeni baş məşqçi – rəsmi

Türkiyənin “Bursaspor” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, 1-ci liqa təmsilçisinin “sükan”ı Fatih Təkkəyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təkkə ilə 1+1 illik razılıq əldə olunub.

“Bursaspor”da azərbaycanlı hücumçu Namik Ələskərov çıxış edir.

Fatih Təkkə “Trabzonspor” klubunun əfsanəvi futbolçularından olub. O, bu komanda ilə 230 oyunda 99 qol vurub. Rusiyada “Zenit”, “Rubin” kimi klublarda da çıxış edən keçmiş hücumçu Türkiyə yığmasında da 25 oyuna çıxıb və 9 qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button