Superkubok matçından əvvəl “Beşiktaş”da koronavirusa yoluxma
Türkiyənin “Beşiktaş” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, virusa yoluxan futbolçunun adı açıqlanmayıb.
“Beşiktaş” Türkiyə superkuboku çərçivəsində yanvarın 5-də, Qətərin paytaxtı Dohada “Antalyaspor”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin