“Beşiktaş” Alekslə anlaşdı
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent olan Aleks Teyşeyra ilə razılıq əldə edib. Bu barədə “TRT Spor” məlumat yayıb. “Beşiktaş” 31 yaşlı braziliyalı oyunçu ilə yaxın zamanda iki illik müqavilə imzalayacaq.
Daha əvvəl “Vasko da Qama”, “Şaxtyor” (Donetsk) kimi klublarda çıxış edən Teyşeyranın son ünvanı Çinin “Tszyansu” komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin