“Beşiktaş”da ciddi itki – Çempionlar Liqası matçını buraxacaq
Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mişi Batşuayi sıradan çıxıb.
Super Liqanın 11-ci turunun “Hatayspor”la səfər matçında zədələnən Batşuayi bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Belçikalı hücumçu noyabrın 4-də, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Sportinq”lə matçını buraxacaq.
“Beşiktaş” “Hatayspor”a 0:1 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin