“Beşiktaş”da Tosun şoku – dizi çıxdı

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Cenk Tosun zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqanın 34-cü turunun “Ərzurumspor”la oyununda zədələnən Tosunun sağ dizi çıxıb.

29 yaşlı hücumçu zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

Cenk bu mövsüm Super Liqada 3 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button