Türkiyə klubunun vitse-prezidenti koronavirusdan öldü
Türkiyənin “Adana Dəmirspor” klubunun vitse-prezidenti Şəntürk Çalık vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Adana təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 55 yaşlı Çalık koronavirusdan vəfat edib.
“Adana Dəmirspor” bu mövsüm Türkiyə 1-ci liqasını ilk sırada bitirib. Komanda 26 ildən sonra yeni mövsümdə Super Liqada mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin