Türkiyəli referi karyerasını bitirdi
Türkiyənin məşhur futbol hakimi Mete Kalkavan karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 43 yaşlı referi istefa ərizəsini Hakimlər Komitəsinə təqdim edib.
Kalkavan ötən gün Türkiyə Super Liqasından kənarlaşdırılan hakimlərin siyahısında yer almasa da, qərarı ədalətsiz hesab edib.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyası ötən gün Cüneyt Çakır və bir neçə tanınmış referinin təyinat almayacağını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin