Türkiyəli məşqçi Rusiya klubunda – Rəsmi
“Rubin” klubu keçmiş futbolçusu Gökdəniz Karadənizin “Rubin-2”-nin yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, yeni mövsümdən Kazan təmsilçisinin ikinci komandası ikinci liqada çıxış etməyə başlayacaq.
“Bir daha “Rubin” emblemi olan formanı geyinmək mənim üçün böyük şərəfdir. Futbolçu kimi karyeramın ən yaxşı illərini burada keçirdim. İndi yeni vəzifədə kluba kömək etməyə çalışacam” – deyə, Gökdəniz təyinatını şərh edib.
43 yaşlı mütəxəssis 2008-2018-ci illərdə “Rubin”də futbolçu kimi çıxış edib. O, klubda 300 oyun keçirib və 52 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin