Türkiyəli hücumçu Fransada klub dəyişdi
Fransanın “Loryan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 2 klubu elita təmsilçisi “Nim”də çıxış edən türkiyəli Umut Bozoku heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 3+1 illik şərti ilə müqavilə imzalanıb.
“Loryan” bu transfer qarşılığında Liqa 1 klubuna 1,5 milyon avro təzminat ödəyib.
Umut Bozok geridə qalan mövsümdə “Nim” formasıyla Liqa 1-də 25 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub, komandası isə mövsümü 14-cü pillədə başa vurub. 2017/18 mövsümündə də “Nim”də çıxış etmiş türkiyəli forvard, Liqa 2-də 36 oyunda 24 qolla bu klubun Liqa 1-ə yüksəlməsində əsas pay sahiblərindən biri olmuşdu.
Gənc hücumçu Türkiyənin U-21 millisində 5 oyun keçirib, 3 qol vurub.
Bizi Facebook-da izləyin