Türkiyəli hakim etdiyi səhvə görə karyerasını başa vurdu
Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının 16-cı turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyunundan sonra bu addımı atıb.
Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.
Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin