Türkiyəli futbolçu “Mançester Yunayted”in tarixinə düşdü
Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin “Mançester Yunayted” klubunun tarixinə düşüb.
Komanda.az xəbər verir ki, o, bu komandanın “Nyuport Kaunti”yə qarşı keçirdiyi ölkə kubokunun 4-cü tur oyununun start heyətində yer alıb.
Bununla da Altay “qırmızı şeytanlar”ın heyətində meydana çıxan ilk türkiyəli oyunçuya çevrilib.
Qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılan Mançester təmsilçisi 1/8 finala vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin