İtaliya klubları “Qalatasaray”la danışıqlara başlayıb – Türkiyəli futbolçu üçün
“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, türkiyəli hücumçu “Latsio” və “Atalanta”nın transfer siyahısındadır.
Hazırda 23 yaşlı futbolçu üçün hər iki klub “Qalatasaray”la danışıqlara start verib.
Barışın İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm 23 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin