
Türk futbolçu İspaniya və İtaliyadan təklif gözləyir
Adı “Spartak”la hallanan yarımmüdafiəçi Kərəm Aktürkoğlu hələ də İspaniya və İtaliyadan təklif gözləyir, bu səbəbdən də Moskva klubu ilə danışıqlar səngiyir.
Komanda.az “Euro-Futbol”-a istinadən xəbər verir ki, türkiyəli futbolçu “Spartak”ın təklif etdiyi müqavilənin yaxşı şərtlərinə baxmayaraq, Rusiyaya köçmək istəmir.
“Qalatasaray” hələ də onu Moskvaya buraxmağa hazırdır. Son söz-söhbətlərə görə, “Spartak” hələ ki, Aktürkoğlunun transferi ilə bağlı razılığa gəlməyib.
Futbolçu Super Liqanın ilk turunda “Konyaspor”la matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin