Arda Turana həbs cəzası
Türkiyəli futbolçu Arda Turana həbs cəzası verilib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin oktyabrında müğənni Berkayla dalaşan Ardaya bu gün məhkəmədə hökm oxunub. İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Ardaya qəsdən adam yaralama, sənədsiz silah gəzdirmək, qorxu və tədirginlik yaradacaq şəkildə silahdan atəş açmağa görə 2 il 8 ay 15 günlük həbs cəzası verilib.
Ancaq məhkəmə bu cəzasının təxirə salınmasına qərar verib. Bu müddətdə Arda cinayət törətməsə və qanunlara əməl etsə, cəzanın ləğvi mümkün olacaq.
Karyerası ərzində “Qalatasaray”, “Atletiko”, “Barselona” kimi klublarda forma geyinən Arda Turan, hazırda Türkiyənin “Başakşəhər” komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin