
Türkiyəli FİFA referisi koronavirusa yoluxdu
Türkiyəli FİFA referisi Halis Özkahya koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Özkahyanın koronavirus testi müsbət çıxıb.
Super Liqanın 8-ci turunun “Fənərbaxça” – “Konyaspor” matçının idarəçiliyi daha əvvəl Halis Özkahyaya tapşırılmışdı. Koronavirus testi müsbət çıxan Özkahya karantinə alınıb.
“Fənərbaxça” – “Konyaspor” matçının hakimi dəyişdiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin